İran əsas neft marşrutlarından biri olan hörmüz boğazında minalar yerləşdirib, həmiçinin gəmilərə hücum edərək münaqişəni daha da genişləndirir.
Fars körfəzini Ərəb dənizi ilə birləşdirən İran və Oman arasında strateji su yolu olan Hörmüz boğazının peyk görüntüsü
"24media.az" "CNN.news"a istinadən bildirir ki, İran Yaxın Şərqdə davam edən müharibəni genişləndirərək strateji əhəmiyyətli dəniz yolu olan Hörmüz boğazı boyunca gəmilərə hücum edir və bölgədə minalar yerləşdirir.
ABŞ rəsmiləri bildirirlər ki, İran boğazda dəniz minaları yerləşdirməyə başlayıb. Bu addım dünyanın ən vacib enerji marşrutlarından birini təhlükə altına qoyur və qlobal ticarət üçün ciddi risk yaradır. Hörmüz boğazı dünya enerji bazarı üçün böyük əhəmiyyət daşıyır. Dünyada dəniz yolu ilə daşınan neftin təxminən beşdə biri bu boğazdan keçir. Buna görə də burada baş verən hərbi gərginlik qlobal enerji qiymətlərinə və beynəlxalq ticarətə birbaşa təsir göstərə bilər.
ABŞ rəsmilərinin sözlərinə görə, İranın hərbi qüvvələri minaları yerləşdirmək üçün sürətli qayıqlardan istifadə edir. Eyni zamanda, İranın sahil raket sistemləri və pilotsuz vasitələri də bölgədə fəaliyyət göstərir. ABŞ hərbi qüvvələri isə İranın mina yerləşdirməyə çalışan bəzi gəmilərini məhv etdiyini bildirir. Vaşinqton İranı beynəlxalq gəmiçilik marşrutlarını təhlükəyə atmamağa çağırıb.
Analitiklər hesab edirlər ki, Hörmüz boğazının bağlanması və ya burada hərbi fəaliyyətin artması qlobal enerji bazarında ciddi sarsıntı yarada və neft qiymətlərinin kəskin artmasına səbəb ola bilər. Ekspertlərin fikrincə, əgər İran boğazı minalarla bağlamağa davam edərsə, bu, beynəlxalq ticarət və enerji təchizatı üçün ən təhlükəli ssenarilərdən birinə çevrilə bilər.
Banuçiçək Qurbanova
