“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasına üzvlər təyin edilib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasına üzvlər təyin edilib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasına üzvləri təyin olunub.

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Kənd Təsərrüfatı naziri İnam Kərimov və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov Müşahidə Şurasının üzvləri təyin ediliblər.