Böyük Britaniya polisi Londonda martın 15-də keçirilməsi planlaşdırılan İranı dəstəkləyən yürüşü qadağan edib.
London, 11mart, şəkil AZƏRTAC-a məxsusdur.
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, qərar regionda gərgin vəziyyət və mümkün qarşıdurma riskləri nəzərə alınaraq qəbul olunub. Polis bildirib ki, tədbirin keçirilməsi əks etirazların yaranmasına və ictimai asayişin pozulmasına səbəb ola bilər.
Söhbət hər il təşkil olunan “Əl-Qüds” yürüşündən gedir. Tədbir İslam İnsan Haqları Komissiyası tərəfindən keçirilir və təşkilatın İranın dini rəhbərliyini dəstəkləyən mövqedə olduğu qeyd olunur.
Britaniya polisinin açıqlamasına görə, ölkədə etiraz aksiyalarının qadağan edilməsi üçün hüquqi hədd olduqca yüksəkdir və bu səlahiyyətdən son 14 ildə ilk dəfə istifadə olunur. Hüquq-mühafizə orqanları yürüşün keçirilməsinin ciddi təhlükəsizlik riski yarada biləcəyini bildirib.
Qərar daxili işlər naziri Şabana Mahmudun təsdiqi ilə qüvvəyə minib və qadağa yalnız yürüşə deyil, eyni zamanda ona qarşı təşkil oluna biləcək bütün əks etiraz aksiyalarına da şamil olunur.
Səidə Abasova
