Bu gün:

Tramp: İranda demək olar ki, hədəfə alınacaq heç nə qalmayıb


ABŞ Prezidenti Donald Tramp son hücumlardan sonra ölkədə strateji əhəmiyyətli hədəflərin sayının kritik həddə çatdığını və müharibənin tezliklə bitəcəyini proqnozlaşdırdığını qeyd edib.
ABŞ prezidenti Donald Trampın çıxışından görüntülər 


O, bildirib ki: "İranda demək olar ki, hədəfə alınacaq heç nə qalmayıb. Biz hərbi cəhətdən hər şeyi bitirmişik. Onların donanması, rabitə şəbəkələri və hava qüvvələri demək olar ki, yox vəziyyəindədir".


Əməliyyatın planlaşdırıldığından çox daha sürətli irəlilədiyini ifadə edən Tramp, “Bu müharibəni istədiyim vaxt bitirə bilərəm və bunun çox yaxın olduğunu düşünürəm” deyib.


Prezident, həmçinin İranın raket buraxılış məntəqələrinin 80 faizinin məhv edildiyini və dron istehsal müəssisələrinin yerlə yeksan edildiyini iddia edib.


Mənbə: Trt Haber


Tərcümə etdi: Nəzrin Nəsirova


Paylaş
Şərh əlavə et