Bu gün:

Mənfi münasibətlərin insan həyatına təsiri


Araşdırmalara, əsasən, insan həyatında problemlər yaradan şəxslər sağlamlığa mənfi təsir göstərirlər. Alimlər bu cür münasibətlərin insanların daha tez qocalmasına səbəb ola biləcəyini bildiriblər. Tədqiqatın nəticələri sosial münasibətlərin insan sağlamlığı üçün nə qədər vacib olduğunu göstərib.


Araşdırma ABŞ Milli Elmlər Akademiyasının (PNAS) jurnalında dərc olunub və 2 mindən çox insan iştirak edib. Tədqiqat zamanı iştirakçıların sosial münasibətləri və DNT dəyişiklikləri araşdırılıb. Nəticələrə görə, “problem yaradan” insanlarla ünsiyyət qocalma sürətini təxminən 1,5 faiz artırıb. Alimlər bildirib ki, mənfi sosial münasibətlər insan həyatında xroniki stres yarada bilər. Bu stres isə fiziki sağlamlığa və bioloji qocalma prosesinə təsir edir. Buna görə də sağlam və müsbət münasibətlər insanın uzun və sağlam yaşaması üçün mühüm hesab olunur.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova



Paylaş
Şərh əlavə et