Bu gün:

Peskov: "Bryanska “Storm Shadow” zərbəsi Britaniya mütəxəssisləri olmadan mümkün deyildi"


Dmitri Peskov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətinə “Storm Shadow” raketləri ilə endirdiyi zərbə Böyük Britaniya mütəxəssislərinin iştirakı olmadan həyata keçirilə bilməzdi.

24media.az APA-nın Moskva bürosuna istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi bununla bağlı bildirib ki, belə raketlərin buraxılması Britaniya mütəxəssislərinin dəstəyi olmadan mümkün deyil.

Onun sözlərinə görə, Moskva bu məsələ barədə məlumatlıdır və bunu nəzərə alır.

Qeyd edək ki, martın 10-da Rusiyanın Bryansk vilayətinə raket zərbəsi endirilib. Rusiya tərəfinin açıqlamasına görə, hücum nəticəsində 6 nəfər həlak olub, 42 nəfər isə yaralanıb.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et