Vladimir Putin ilə Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

24media.az APA-nın Moskva bürosuna istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Putin Rusiyanın münaqişənin mümkün qədər tez deeskalasiyasının tərəfdarı olduğunu bir daha vurğulayıb.
Pezeşkian isə Rusiyaya göstərilən dəstəyə və humanitar yardıma görə təşəkkür edib.
Qeyd edək ki, bu, Putinlə İran prezidenti arasında son bir həftə ərzində baş tutan ikinci telefon danışığıdır.
Arzu Qafarova
