Bu gün:

Ərdoğan Zelenski ilə telefonla danışıb


Rəcəb Tayyib Ərdoğan ilə Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

24media.az APA-nın Türkiyə bürosuna istinadən xəbər verir ki, liderlər Türkiyə–Ukrayna ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan söhbət zamanı İrandakı münaqişənin Ukraynada sülh axtarışlarına mane olmamalı olduğunu bildirib və danışıqların vaxt itirilmədən davam etdirilməsinin vacibliyini vurğulayıb.

Türkiyə prezidenti həmçinin qeyd edib ki, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi Ankara üçün kritik əhəmiyyət daşıyır. Onun sözlərinə görə, enerji infrastrukturu və limanların qorunmasını təmin edəcək mümkün atəşkəs tərəflər arasında etimadın formalaşmasına kömək edə bilər.

Ərdoğan Türkiyənin bu istiqamətdə üzərinə düşən bütün dəstəyi göstərməyə hazır olduğunu da bildirib.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et