Bu gün:

Türkiyə Böyük Millət Məclisi qapalı iclasa çıxıb


Türkiyə Böyük Millət Məclisi ABŞ və İsrailin İrana hücumlarının müzakirəsi və hökumətin məlumat verməsi üçün qapalı iclasa keçib.


Türkiyənin əsas qanunverici orqanın iclas salonu

Baş Assambleya Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun sədrliyi ilə toplanıb.


Kurtulmuş açılış nitqindən sonra icra hakimiyyətinin ABŞ və İsrailin İrana hücumları ilə bağlı çıxış tələb etdiyini açıqlayıb.

Xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülərin çıxışlarının da yer aldığı tələbi yerinə yetirəcəyini bildirən Kurtulmuş çıxışlar üçün hər bir nazirə 30 dəqiqə, daha sonra siyasi partiya qruplarına hər birinə 20 dəqiqə, parlament qrupu olmayan partiyalardan iki millət vəkilinə isə 5 dəqiqə vaxt veriləcəyini açıqlayıb.

Çıxışlara keçməzdən əvvəl AK Partiyanın müzakirələrin qapalı iclasda keçirilməsi təklifi səsə qoyularaq qəbul edilib. Böyük Millət Məclisinin sədri Kurtulmuş Ümumi Yığıncaq Salonunda iştirak edə biləcək üzvlərdən başqa dinləyici və işçi heyətin də getməli olduğunu bildirib.

Kurtulmuş zalın boşaldılmasını tələb etdikdən sonra hazırlıqlar üçün iclasa fasilə verib.

Sessiya qapalı olduğundan and içmiş stenoqraflar və heyətdən başqa hamı Baş Assambleya zalından uzaqlaşdırılıb. Böyük Millət Məclisinin Ümumi Yığıncaq Salonuna bitişik mətbuat büroları və lobbilər də təmizlənib. Baş Assambleya fasilədən sonra qapalı iclasa keçib. Qapalı iclasda AK Partiya Qrup sədri Abdullah Gülər, AK Partiya sədr müavini Efkan Ala və DSP sədri Öndər Aksakal da iştirak edib.


Mənbə:Trt Xəbər

Tərcümə etdi:Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et