Bu gün:

Livan Prezidenti İsrail ilə birbaşa danışıqlara hazır olduğunu bildirib


Livan Prezidenti ölkənin İsrail ilə artan gərginlik fonunda Hizbullahla kəskinləşən münaqişəyə son qoymaq məqsədilə iki ölkə arasında birbaşa danışıqlara çağırıb.

İsrailin hava hücumlarına məruz qalan Beyrut şəhərindən görüntülər


24media.az "BBC News" saytına istinadən xəbər verir ki, Prezident eyni zamanda İran tərəfindən dəstəklənən Hizbullah qruplaşmasını ölkəni daha geniş regional müharibəyə sürükləməkdə sərt şəkildə tənqid edib.

Livan tərəfi danışıqlara hazır olduğunu bildirsə də, ölkə İsrailin intensiv atəşi altında olduğu müddətdə prosesin mümkün olmadığını vurğulayıb.

Bazar ertəsi Avropa İttifaqı rəsmiləri ilə virtual görüş keçirən prezident Cozef Aun çıxışında sərhədlərdə “daimi təhlükəsizlik və sabitlik mexanizmlərinə” aparan yol kimi təqdim etdiyi planın əsas istiqamətlərini açıqlayıb.

Cozef Aun-un İsraillə birbaşa dialoqa çağırışı Livanın cənub sərhədində gərginliyin sürətlə artdığı bir vaxtda səslənib. Son aylarda Hizbullah və İsrail arasında qarşılıqlı hücumların intensivləşməsi regionda daha genişmiqyaslı müharibə riskini artırıb. Rəsmi Beyrut isə ölkə ardıcıl hücumlara məruz qaldığı müddətdə danışıqların real olmadığını bildirir.


Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et