ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibənin nə vaxt başa çatacağı barədə qərarı İsrailin Baş naziri Benjamin Netanyahu ilə birlikdə verəcəklər.

24Media.az "BBC"yə istinadən bildirir ki, Netanyahu ilə telefon danışığı apardığını deyən Tramp qeyd edib ki, qərar “doğru zaman gəldikdə” qəbul olunacaq.
“The Times of Israel” qəzetində müsahibəsi zamanı Tramp ABŞ-nin hücumları dayandırmaq qərarı verəcəyi təqdirdə İsrailin təkbaşına İranla müharibəni davam etdirə bilib-bilməyəcəyi ilə bağlı suala belə cavab verib: “Buna ehtiyac olacağını düşünmürəm”.
O, Müctəba Xameneinin mümkün təyinatı ilə bağlı suala isə “Nə baş verəcəyini görəcəyik” deyərək konkret cavab verməkdən yayınıb.
Tramp bundan əvvəl Xameneinin ruhani lider kimi təyin edilməsinin “qəbuledilməz” olacağını bildirib.
Emiliya Vəlicanova
