Bu gün:

Türkiyənin Dənizli bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə alınıb


Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) internet saytında yer alan məlumata görə, Dənizlinin Buldan ərazisində saat 09:21-də 5,1 bal gücündə zəlzələ qeydə alınıb. 

Bildirilən məlumata görə, zəlzələ yerin təxminən 7 kilometr dərinliyində baş verib.


Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum sosial media hesabında etdiyi açıqlamada qeyd edib: “Keçmiş olsun, Dənizli. Buldan rayonunda baş verən və ətraf vilayətlərdə də hiss olunan 5,1 bal gücündə zəlzələdən təsirlənən bütün vətəndaşlarımıza keçmiş olsun. Hazırda hər hansı itki və ya təhlükəli vəziyyət qeydə alınmayıb. Lakin mümkün müraciətlərə əsasən, Vilayət İdarəsinin qrupları zərər qiymətləndirmə işlərinə başlayacaq".


Mənbə: TRT Haber

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et