Bu gün:

Milli Müdafiə Nazirliyi: İrandan atılan raket məhv edilib


Milli Müdafiə Nazirliyindən bildirilib ki, İrandan atılıb Türkiyə hava məkanına daxil olan ballistil sursat Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Açıqlamada qeyd olunub: “Bəzi sursat parçaları Qaziantepdə boş ərazilərə düşüb. Hadisə nəticəsində hər hansı can itkisi və ya yaralanma qeydə alınmayıb.

Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Lakin ölkəmizin torpaqlarına və hava məkanına yönələn hər cür təhdidə qarşı bütün lazımi addımların qətiyyətlə və tərəddüdsüz atılacağı bir daha vurğulanır. Türkiyənin bu istiqamətdə etdiyi xəbərdarlıqlara əməl olunmasının hamının maraqlarına uyğun olduğu xatırladılır".


Mənbə: TRT Haber

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et