İranın Ekspertlər Şurası tərəfindən qəbul edilən qərara əsasən, ölkənin yeni ali lideri Müctəba Xamenei elan olunub.
Müctəba Xameneinin çıxışından görüntülər - 9 mart 2026
24media.az "news.sky.com"a istinadən bildirir ki, 56 yaşlı ruhani Müctəba Xamenei bu vəzifədə atasını - uzun illər ölkəyə rəhbərlik etmiş Əli Xameneini əvəz edib.
Məlumatlara görə, Əli Xamenei fevral ayında baş verən hücumlar zamanı həlak olub və bundan sonra ölkədə yeni ali liderin seçilməsi prosesi başlayıb.
Yeni liderin seçilməsi İranın dini və siyasi sistemində mühüm hadisə hesab olunur. O, ölkədə ən yüksək siyasi və dini səlahiyyətlərə malik şəxs sayılır və dövlətin əsas qərarlarında həlledici rol oynayır.
Şehrin Musayeva
