Bu gün:

İordaniya: "İrandan atılan 108 raket və dron məhv edilib, 14 nəfər yaralanıb"


24media.az TRT Haber.com-a istinadən xəbər verir ki, İordaniya ordusu İrandan atılan raket və pilotsuz uçuş aparatlarının əksəriyyətinin məhv edildiyini açıqlayıb.

Ordunun sözçüsü Mustafa əl-Hayari mətbuata verdiyi açıqlamada bildirib ki, ABŞ–İsrail–İran gərginliyi fonunda ölkəyə yönələn raket və dronlara qarşı hava hücumundan müdafiə sistemləri işə salınıb və bütün hərbi bölmələr yüksək hazırlıq vəziyyətinə gətirilib.

Onun sözlərinə görə, bir həftə ərzində İordaniya ərazisinə 60 raket və 59 dron atılıb. İordaniya Kral Hərbi Hava Qüvvələri bunlardan 108-ni məhv edib, 11-i isə ələ keçirilə bilməyib.

İordaniya İctimai Təhlükəsizlik İdarəsinin sözçüsü Əmir əl-Sertavi isə bildirib ki, ölkə daxilində raket və dron qalıqlarının düşməsi ilə bağlı 207 məlumat daxil olub.

Onun sözlərinə görə, hadisələr nəticəsində 14 nəfər yaralanıb və yaralananların əksəriyyəti yüngül xəsarətlər alıb.

Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et