Bu gün:

Yer kürəsi Marsa qalxır


Alimlər Marsda aparılan yeni araşdırmalar zamanı çox maraqlı bir kəşf ediblər. NASA-nın tədqiqatçıları Marsın səthindən götürülmüş nümunələri analiz edərkən indiyə qədər həmin planetdə tapılan ən böyük üzvi molekulları aşkar ediblər. 

Şəkildə Mars təsvir olunub

Bu molekullar uzun zəncirli karbon birləşmələridir və Yer üzündə çox vaxt canlı orqanizmlərin bioloji prosesləri nəticəsində yaranan yağ turşularının parçaları ilə oxşarlıq göstərir. Araşdırma Marsın qədim dövrlərdə su ilə zəngin olan Qale kraterində aparılıb və bu ərazi milyardlarla il əvvəl göl və ya su hövzəsi olmuş qədim bir mühit hesab olunur. Alimlər qeyd edirlər ki, tapılan üzvi molekulların mövcudluğu birbaşa həyatın olduğunu sübut etmir, lakin onların ölçüsü və kimyəvi quruluşu Marsın keçmişdə həyat üçün uyğun şəraitə malik ola biləcəyini göstərən ən güclü dəlillərdən biri hesab olunur. 

Tədqiqat zamanı müxtəlif qeyri-bioloji proseslər – məsələn, hidrotermal reaksiyalar və ya kosmik radiasiyanın təsiri də araşdırılıb, lakin əldə edilən məlumatlar bəzi hallarda bioloji mənşə ehtimalını da istisna etmir. Alimlərin hesablamalarına görə, bu molekulların miqdarı Marsın qədim dövründə daha çox ola bilərdi, lakin milyardlarla il ərzində radiasiya və kimyəvi proseslər onların böyük hissəsini parçalamış ola bilər. Bu kəşf Marsın keçmişində həyatın olub-olmaması sualına tam cavab verməsə də, alimlər üçün yeni araşdırma istiqamətləri açır və gələcəkdə Marsdan Yerə gətiriləcək nümunələrin daha dəqiq analiz edilməsi ilə bu sirrin daha yaxşı aydınlaşacağı gözlənilir.

Mənbə: Daily Science

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et