İran hərbçiləri həm İran, həm də İraqdakı kürd bölgələrinə zərbələri artıraraq, Şimali İraqdakı İran kürd qüvvələrinin qərargahlarını hədəf aldıqlarını bildiriblər.
24media.az BBC News saytına istinadən xəbər verirki, çərşənbə axşamı və çərşənbə günləri həyata keçirilən zərbələr nəticəsində bir nəfər həlak olub, üç nəfər isə yaralanıb.
ABŞ və İsrailin zərbələri davam etdiyi bir vaxtda, ABŞ Prezidenti Donald Trampın İran kürd qruplarının İrana qarşı mübarizəyə qoşulmasını istədiyi barədə xəbərlər fonunda Tehran İraqdakı bu qruplara hücumlarını intensivləşdirir.
İran uzun illərdir ki, ölkənin qərb bölgələrində yaşayan kürd azlıqları ilə təhlükəsizlik və siyasi gərginlik yaşayır. İran hökuməti bəzi kürd silahlı qruplarını separatçı və ya hökumət əleyhinə təşkilatlar kimi qiymətləndirir və onların bir hissəsinin qonşu İraqın şimalındakı Kürdüstan Muxtar Regionunda fəaliyyət göstərdiyini bildirir. Tehran iddia edir ki, bu qruplar bəzən İran ərazisinə hücumlar və ya sabitliyi pozan fəaliyyətlər həyata keçirirlər.
Nərmin Nəcəfova
