Bu gün:

Türkiyəyə yönələn İran raketi ilə bağlı açıqlama verilib


Xarici işlər naziri Hakan Fidan İrandan Türkiyə hava məkanına doğru atılan və daha sonra zərərsizləşdirilən ballistik raketlə bağlı Türkiyənin reaksiyasını iranlı həmkarı Arakçıya bildirib.

Türkiyə xarici işlər naziri Hakan Fidan rəsmi mətbuat konfransından çıxışı


Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Hakan Fidan İrandan atıldığı təsbit edilən və zərərsizləşdirilmədən əvvəl Türkiyə hava sahəsinə istiqamətlənən ballistik raketə Türkiyənin reaksiyasını bildirib.


Bölgədəki gərginliyə diqqət çəkən Fidan münaqişənin yayılmasına səbəb ola biləcək hər hansı addımdan çəkinməyin vacibliyini vurğulayıb.


Mənbə: Trt Xəbər


Tərcümə etdi: Nəzrin Nəsirova


Paylaş
Şərh əlavə et