Yerli vaxtla təxminən 09:40-da (06:10 GMT) iranlılar bir neçə şəhərdə güclü partlayış səsləri eşitdiklərini bildiriblər.

Sosial mediada yayılan videolarda partlayış yerlərinin yaxınlığında təşviş içində qaçan insanlar görünür, arxa planda isə qışqırıqlar və ağlama səsləri eşidilir.
BBC Farsca-nın məlumatına görə, dini hakimiyyətin yalnız hərbi müdaxilə yolu ilə devrilə biləcəyinə inananlar arasında müəyyən rahatlıq, hətta bayram əhvali-ruhiyyəsi müşahidə olunur.
Mənbə: BBC news
Tərcümə etdi: Nuray Ədilzadə
