Bu gün:

Israil Lübnana hücum edib


İsrail ordusunun Lübnana hava hücumları başlatdığı bildirilib. Rəsmi açıqlamadan sonra paytaxt Beyrutda partlayış səsləri eşidilib. Hadisə bölgədə gərginliyin yenidən artmasına səbəb olub.

İsrail tərəfi hücumların Hizbullahın raket atəşlərinə cavab olaraq həyata keçirildiyini bəyan edib. Hizbullah isə İsrailin Hayfa şəhərinin cənubuna raket zərbələri endirdiyini açıqlayıb. İsrail ordusu Beyrutda və ölkənin cənubunda təşkilatın yüksək vəzifəli şəxslərinin hədəf alındığını iddia edib. Lübnan rəhbərliyi baş verənləri ölkənin təhlükəsizliyi üçün riskli və məsuliyyətsiz addım kimi qiymətləndirib. Tərəflər arasında qarşıdurmanın genişlənməsi ehtimalı bölgədə narahatlığı artırır. Mövcud vəziyyət Yaxın Şərqdə sabitliyin daha da zəifləməsinə səbəb ola bilər.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova

Paylaş
Şərh əlavə et