ABŞ Prezidenti Trampın İrana hücumu, İranın nüvə proqramını aktivləşdirdiyi iddiası və bu hücumun Konqresin təsdiqi olmadan həyata keçirildiyi faktı ilə ABŞ-də tənqidlərə səbəb olub. Demokrat siyasətçilər Trampın ABŞ-nin milli təhlükəsizliyinə zərər verdiyini bildiriblər. Berni Sanders Trampı yalan danışmaqda günahlandırıb.

ABŞ və İsrailin İrana hücumları Demokratlar tərəfindən Prezident Donald Tramp administrasiyasına qarşı sərt tənqidlərə də səbəb olub. New York Times qəzetinin məlumatına görə, İsrail və ABŞ-nin İrana hücumları Demokratlar tərəfindən tənqidlərə səbəb olub.
ABŞ-nin aparıcı siyasətçilərindən biri olan senator Berni Sanders Trampı yalan danışmaqda günahlandıraraq deyib:
"Tramp İrana hücum etməli olduğumuzu dedi, çünki "onların nüvə silahına sahib olmasına icazə verə bilmərik". Doğrudanmı? Bu, iyun ayında "İranın nüvə obyektləri məhv edilib" deyən eyni prezidentdir".
Tərcümə etdi: Aygül Alıyeva
Mənbə: Habertürk
https://www.haberturk.com/demokratlardan-abd-baskani-trump-a-tepki-yalanci-ulusal-guvenligimizi-tehlikeye-soktu-3866205
