Kanadanın Baş naziri Mark Carney bazar ertəsi Hindistanın Baş naziri Narendra Modi ilə görüşərək Kanada–Hindistan münasibətlərində yeni mərhələyə keçidi müzakirə edib.

Görüş uzun sürən diplomatik gərginlikdən sonra baş tutub və ABŞ ilə ticarət qeyri-müəyyənliyinin artdığı bir dövrə təsadüf edib.
Son aylarda tərəflər arasında qarşılıqlı ittihamlar səsləndirilib, bir-birini müxtəlif təhlükəsizlik və terror fəaliyyəti məsələlərində ittiham edilib. Lakin liderlər yaranmış böhranı aradan qaldırmaq və siyasi dialoqu bərpa etmək istiqamətində müəyyən addımlar atıblar.
Görüş, həmçinin qlobal geosiyasi şəraitin dəyişdiyi bir dövrə təsadüf edib. Carney mövcud vəziyyəti “dünya nizamında qırılma” kimi xarakterizə edib. Həm Kanada, həm də Hindistan əsas ticarət tərəfdaşı olan ABŞ ilə mübahisələr nəticəsində iqtisadi qeyri-müəyyənliklə üzləşib.
Müşahidəçilər bildiriblər ki, iki ölkə arasında dialoqun bərpası yalnız ikitərəfli münasibətlər üçün deyil, həm də beynəlxalq balans baxımından əhəmiyyət daşıyır.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
