İran rəsmiləri ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin ölümünü təsdiqləyib. Dövlət televiziyası Xameneinin vəfatı barədə rəsmi məlumat yayıb və ölkədə 40 günlük matəm elan olunduğunu bildirib.
İran Ali Milli Təhlükəsizlik Şurasına istinadən yayılan məlumatda Xameneinin ölüm səbəbi və onun yerinə kimin keçəcəyi barədə əlavə informasiya verilmədiyi qeyd edilib.
Rəsmi mediada yer alan məlumatlara görə, hücum zamanı Xamenei ilə birlikdə onun qızı, kürəkəni və nəvələri də həyatını itirib. Fars xəbər agentliyi isə Xameneinin gəlinlərindən birinin də ölənlər arasında olduğunu açıqlayıb. Bəzi rəsmi bəyanatlarda dini liderin “şəhadətinin zalımlara qarşı üsyanın başlanğıcı olacağı” vurğulanıb.
İranın hərbi qurumu — İran İnqilab Keşikçiləri Korpusu bölgədəki Amerika Birləşmiş Ştatlarının hərbi bazalarına və İsrailə qarşı “dağıdıcı hücumların” həyata keçirilə biləcəyi barədə xəbərdarlıq edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Xameneinin ABŞ və İsrailin birgə həyata keçirdiyi hücumlar nəticəsində öldürüldüyünü iddia edib.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
