Bu gün:

İrana edilən hücumlarda ölənlərin sayı 200-ü keçib


Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən İrana hücum edildiyi bildirilir. İranın humanitar qurumu - İran Qızıl Aypara Cəmiyyəti açıqlayıb ki, 28 fevral səhərindən etibarən davam edən zərbələr nəticəsində azı 200 nəfər həyatını itirib.

Məlumata əsasən, Dubay şəhərində yerləşən lüks bir oteldə ən azı dörd nəfər yaralanıb. Əbu-Dabidə isə “İranın ballistik raketlərinin də iştirak etdiyi” iddia olunan hücumların yaratdığı dağıntılar nəticəsində bir mülki şəxsin həlak olduğu bildirilib.

Hücumlardan sonra aviasiya şirkətləri də fəaliyyətini məhdudlaşdırıb. Azərbaycan Hava Yolları məlumat verib ki, Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən bütün uçuşlar dayandırılıb.

Mənbə: BBC

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et