İran ordusu ABŞ və İsrail tərəfindən ona qarşı həyata keçirildiyini iddia etdiyi “genişmiqyaslı və davam edən hücumlara” cavab olaraq regionun müxtəlif ərazilərinə zərbələr endirdiyini bəyan edib.

İran tərəfi, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bazalardan birinin Bəhreyndə hədəfə alındığını açıqlayıb.
Hadisənin Manama şəhərində yerləşən və Beşinci Donanmanın qərargahına yaxın ərazidə baş verdiyi bildirilir. Şahidlərin sözlərinə görə, hücumdan sonra bazanın yaxınlığından qalxan iri qara tüstü sütunları müşahidə olunub.
Bölgədə dəyən ziyanın həcmi barədə dəqiq məlumat yoxdur. ABŞ Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
