Boliviyanın qərbində yerləşən El-Alto şəhərində hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 20 nəfər həlak olub, 31 nəfər yaralanıb.

Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin C-130 Hercules modeli olduğunu və Mərkəzi Bank üçün pul əskinazları daşıdığını bildirib. Təyyarədə səkkiz ekipaj üzvü olub. Hadisə yerli vaxtla saat 18:15 radələrində təyyarə Santa-Krusdan El-Alto hava limanına eniş edərkən baş verib. Məlumata görə, hava gəmisi uçuş-enmə zolağından çıxaraq yaxınlıqdakı avtomobillərə çırpılıb.
Hadisədən sonra qəza yerinə toplaşan bəzi şəxslərin səpələnmiş pulları götürməyə cəhd etdiyi bildirilir. Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Rəsmilər bəyan ediblər ki, daşınan pullar hələ dövriyyəyə buraxılmadığı və seriya nömrəsi olmadığı üçün hüquqi qüvvəyə malik deyil.
Səhiyyə Nazirliyi yaralılar üçün təcili qanvermə çağırışı edib. Güclü dolu və ildırımın qəzaya səbəb ola biləcəyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
