Qazaxıstanda prezident seçkiləri başa çatıb

Qazaxıstanda prezident seçkiləri başa çatıb

Qazaxıstanın bütün ərazisində prezident seçkiləri başa çatıb.

24media.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 21.00-da Qərbi Qazaxıstan, Atıraus, Aktyubin və Manqistau vilayətlərində də seçki məntəqələri bağlanıb.

Qazaxıstanın digər vilayətlərində səsvermə yerli vaxtla saat 20.00-da başa çatıb.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 20.00-a seçici fəallığı 77 faiz olub.