Britaniya-Danimarka cütlüyü yeni sərhəd nəzarəti qaydaları səbəbindən uşaqlarından ayrı qalmaq qorxusu ilə üzləşib.

Velsdə yaşayan britaniyalı Ceyms Skrivens və onun danimarkalı həyat yoldaşı Sara məktəb tətili zamanı Norveç və Danimarkadakı qohumlarını ziyarət edərkən, Britaniya Daxili İşlər Nazirliyinin yeni qaydalarından səfərdə olarkən xəbər tutublar.
Qaydalara görə, ikili vətəndaşlıq daşıyanlar yalnız Britaniya pasportunu (cari və ya müddəti bitmiş) və ya 589 funt sterlinq dəyərində “giriş sertifikatı” təqdim etməsələr, İngiltərəyə daxil olarkən uçuşdan məhrum olma riski ilə üzləşə bilərlər. Bu sertifikat ikinci vətəndaşlıq pasportuna əlavə olunmalı və Britaniyaya giriş hüququnu təsdiqləməlidir.
Ceyms Skrivens ümid edir ki, hava yolu şirkəti cümə günü Kopenhagen hava limanında onları bağışlayacaq, amma əks halda, uşaqlar böyük valideynləri ilə qalmalı, azı bir valideyn isə Britaniya pasportlarını əldə etmək üçün geri dönməlidir.
Cümə günü miqrasiya naziri Mayk Tapp isə hökumətin yeni qaydaları kifayət qədər xəbər vermədiyi iddialarını “absürd” adlandırıb.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
