Hillari Klinton cümə axşamı günü Ceffri Epşteyinin cinayətlərini araşdıran ABŞ Nümayəndələr Palatasının paneli qarşısına çıxacaq.
Keçmiş Demokrat dövlət katibi və prezidentliyə namizəd bu yaxınlarda həyat yoldaşı keçmiş prezident Bill Klinton ilə birlikdə Nümayəndələr Palatasının Nəzarət Komitəsində ifadə verməyə razılaşıb.
Hər ikisi əvvəllər ifadə vermək tələblərinə müqavimət göstərərək, bunları siyasi motivli adlandırıblar. Onların ifadə verməyə razı olması onlara qarşı Konqresə hörmətsizliklə bağlı mümkün məhkəmə proseslərinin qarşısını alıb.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
