Bu gün:

Donmuş borular, "morjlar" - Kiyev Rusiyanın zərbələrindən sonra elektrik və istilik olmadan soyuqla necə mübarizə aparır?


Fevralın əvvəlində Rusiya qısa fasilədən sonra Ukraynanın enerji infrastrukturuna zərbələri yenidən bərpa edib. Hücumlar elə bir vaxta təsadüf edib ki, ölkə üzrə ekstremal şaxtalar başlayıb.

Ukraynanın bəzi bölgələrində havanın temperaturu -30°C-yə qədər düşüb. Məhz bu dövrdə Rusiyanın ballistik raketləri Kiyevin istilik-elektrik mərkəzlərinə (İEM) hücum edib.

NATO-nun baş katibi Mark Rütte zərbələrdən bir gün sonra Ukrayna paytaxtını ziyarət edərkən deyib: "Bu zərbələr hərbi məqsəd daşımır. Onların məqsədi adi Ukrayna vətəndaşları arasında xaos və qorxu yaratmaq, mülki infrastrukturu məhv etməkdir".

O bu sözləri bir müddət əvvələ qədər kiyevliləri istiliklə təmin edən stansiyanın dağıntıları fonunda söyləyib.

Ukraynada əvvəldən bu "fasiləyə" və Moskvanın xoş niyyətinə az adam inanırdı. "Putində və onun ətrafında heç nə insani deyil. Əks halda onlar ölkəmizə hücum etməz, xəstəxanaları və uşaq bağçalarını dağıtmaz, bütöv şəhərləri yer üzündən silməzdilər", - mənə bir kiyevli deyib

Mülki infrastruktura edilən, dinc sakinləri işıq və istilikdən məhrum etməyə yönəlmiş hücumlar bütün dünyada hərbi cinayət kimi qiymətləndirilir.


Mənbə: BBC news 

Tərcümə etdi: Nuray Ədilzadə

Paylaş
Şərh əlavə et