Bu gün:

Pakistan qüvvələri Əfqanıstanda 80-dən çox terrorçunu məhv edib



Pakistan gecə saatlarında həyata keçirdiyi hava zərbələri nəticəsində Əfqanıstanda 80-dən çox qiyamçını zərərsizləşdirib.


24media.az "Daily Pakistan"-a istinadən bildirir ki, bu barədə güc strukturu mənbələri məlumat yayıb.

"Kəşfiyyat məlumatları əsasında Əfqanıstanın üç əyalətində: Nanqarhar, Paktika və Xostda qiyamçıların yeddi baza mərkəzi məhv edilib və 80-dən çox silahlı zərərsizləşdirilib", - məlumatda qeyd olunub.

Paylaş
Şərh əlavə et