Bu gün:

İşğalçı israillilər ramazanda da Məscidül-Əqsaya hücumlara davam edir


İşğal altındakı Şərqi Qüds ərazisində yerləşən Məscidül-Əqsa kompleksinə ramazan ayında İsrail polisi müşayiəti ilə basqın təşkil edildiyi bildirilib.

WAFA agentliyinin yaydığı məlumata görə, onlarla yəhudi fəal polis nəzarəti altında Hərəmi-Şərif ərazisinə daxil olub.

Xəbərdə qeyd olunur ki, bəzi şəxslər kompleksin həyətində dini ayinlər icra ediblər. Bu hadisənin son dövrlərdə təkrarlanan basqınlar silsiləsinin davamı olduğu vurğulanıb.

Məlumatda bildirilir ki, bu addımlar Qüdsün Köhnə Şəhər hissəsi və Məscidül-Əqsa ətrafında vəziyyətin dəyişdirilməsinə yönəlmiş siyasətin tərkib hissəsi kimi qiymətləndirilir.

Şərqi Qüdsdə yaşayan fələstinlilərin basqınlar zamanı ibadət edənlərə qarşı fiziki müdaxilə və giriş-çıxış məhdudiyyətləri ilə üzləşdiyi qeyd olunur.

Amit Halevi 15 fevral tarixində Məscidül-Əqsaya daxil olaraq tərəfdarlarını ramazan ayında da kompleksə girişləri davam etdirməyə çağırmışdı.

İsrail hakimiyyəti hər il ramazan dövründə Şərqi Qüds və ətraf ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirir və fələstinlilərin Məscidül-Əqsaya girişinə məhdudiyyətlər tətbiq edir.

Tel-Əviv rəhbərliyi ramazanın ilk günündən etibarən işğal altındakı ərazilərdə təhlükəsizlik yoxlamalarını daha da sərtləşdirib.

https://share.google/yuPw53g4sIDv3DV9w

Mənbə: TRT Haber 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et