Bu gün:

Qəzzada atəşkəs yenidən pozulub


Qəzza zolağında 10 oktyabr 2025-ci ildən qüvvədə olan atəşkəs razılaşmasına baxmayaraq, bölgədə yenidən hərbi əməliyyatlar baş verib. Məlumata görə, İsrail ordusu müxtəlif istiqamətlərdə hava və top atəşləri açıb. Hadisə onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırıb.

Şahidlərin bildirdiyinə görə, hava hücumları əsasən Rəfah və Xan Yunis şəhərlərinin şərq hissələrini hədəf alıb.
Bundan əlavə, hərbi texnikalar qurudan atəş açıb, dəniz qüvvələri isə sahil zolağı istiqamətində güclü atəş həyata keçirib.
Qəzza şəhərinin şərq bölgələrində də eyni vaxtda hava zərbələri və top atəşləri qeydə alınıb.Məlumatlara əsasən, atəşkəs dövründə baş verən pozuntular nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb.Son iki il ərzində bölgədə on minlərlə insan həyatını itirib, yaşayış və mülki obyektlərin böyük hissəsi dağıdılıb.Mövcud vəziyyət humanitar böhranı daha da dərinləşdirir və bölgədə sabitliyin bərpasını çətinləşdirir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova

Paylaş
Şərh əlavə et