Bu gün:

Xaricdə təhsil üçün universiteti necə seçməliyik?


Universitetə getmək hər bir insanın həyatında çox önəmli bir dönəmdir. Məhz buna görə də düzgün universiteti seçmək haqqında diqqətlicə düşünmək lazımdır. Bəzi insanlar düşünürlər ki, bu, şəhərə və universitetin kampuslarına baş çəkməyi əhatə edir. Bəs xaricə təhsil almaq üçün gedən beynəlxalq tələbəsinizsə, necə? Əvvəlcədən ziyarət edə bilmirsinizsə, universitetinizi necə seçirsiniz?

1. Universitetin reytinqinə baxın

Universitet reytinqləri sizə düzgün seçim etməkdə kömək edə bilər. Reytinqlər tələbə məmnuniyyəti və tədrisin effektivliyi kimi bir çox müxtəlif kateqoriyaları əhatə edir və beləliklə, onlar sizə bir universitetin necə olması barədə geniş məlumat verə bilər.

Siz, həmçinin universitetin konkret fənlər üzrə nə qədər yüksək yer tutduğunu görmək üçün onlardan istifadə edə bilərsiniz. Beləliklə, əgər siz biznes təhsili ilə maraqlanırsınızsa, məsələn, marketinq üçün hansı universitetlərin ən yaxşı olduğunu öyrənə bilərsiniz.


2. Prospektləri tələb edin

Prospektlər gələcək tələbələrə universitetlərini seçməkdə kömək etmək üçün faydalıdır və adətən, tələbə rəyləri, kurs siyahıları, obyektlərin və kampusun fotoşəkilləri kimi məlumatları ehtiva edir.


3. Sosial medialardan istifadə edin

Bir universitetin "Facebook", "Instagram" və "Twitter" səhifələrinə baxmaq orada həyatın necə olduğunu görmək üçün əla bir yoldur. Siz, hətta şəhrlər yazaraq, suallar verərək də məlumat edə bilərsiniz.


4. "Google Street View"-dan istifadə

Siz, həmçinin "Google Street View"-dan istifadə edərək düşündüyünüz şəhərdə yaşamağın necə olacağını anlaya bilərsiniz. Sadəcə maraqlandığınız universitetin və kampusun ünvanını tapın və həmin platformada ərazini araşdırın.


5. Bir agent ilə görüşün

Əgər xaricdə təhsil almaq istəyirsinizsə, o zaman öz ölkənizdə və ya regionunuzda bir agentlə görüş təşkil edə bilərsiniz. Onlar sizə hansı universiteti seçmək barədə daha çox məlumat və məsləhət verə biləcəklər.


Mənbə: Kaplanpathways

Tərcümə etdi: Xədicə Qiyas



Paylaş
Şərh əlavə et