Bu gün:

İngiltərədə 16 yaşa sosial media qadağası


İngiltərənin Baş naziri Keir Starmer 16 yaşdan aşağı uşaqların sosial media istifadəsi ilə bağlı yeni tənzimləmə hazırladıqlarını açıqlayıb. O bildirib ki, mövcud qaydalar uşaqları internetin zərərli təsirlərindən kifayət qədər qorumur. Hökumət qısa müddətdə bu sahədə ciddi addımlar atmağı planlaşdırır.

Starmer sosial mediaya tam qadağa və ya müəyyən məhdudiyyətlərin tətbiq olunmasının mümkün variantlar arasında olduğunu qeyd edib. O, həmçinin süni intellekt əsaslı çat-botların və avtomatik sürüşdürmə funksiyasının uşaqlar üçün risk yaratdığını vurğulayıb. Qərarın üç aylıq məsləhətləşmə prosesində toplanan sübutlara əsasən veriləcəyi bildirilib. Baş nazir mövcud vəziyyətin dəyişdirilməsinin vacib olduğunu və gecikmədən tədbir görüləcəyini deyib. Hökumət bu məsələdə digər ölkələrin təcrübəsindən də istifadə etməyi planlaşdırıb. Yeni tənzimləmələrin əsas məqsədi uşaqların təhlükəsizliyini və sağlam inkişafını təmin etməkdir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova

Paylaş
Şərh əlavə et