Alimlər fillərin üz nahiyəsində yerləşən və ilk baxışda nəzərə çarpmayan uzun, sərt bığların funksiyasını araşdırıblar.
Tədqiqat nəticələrinə görə, bu bığlar son dərəcə həssasdır və heyvana ətraf mühiti daha dəqiq hiss etməyə kömək edir.
Araşdırma göstərir ki, fillər bığları vasitəsilə torpağın səthini, bitkilərin quruluşunu və yaxınlıqdakı obyektləri müəyyən edə bilir. Xüsusilə gecə vaxtı və ya görmə imkanının məhdud olduğu şəraitdə bu xüsusiyyət onların istiqamət tapmasına yardım edir.
Mütəxəssislər bildirirlər ki, fil bığlarının quruluşu gələcəkdə robot texnologiyalarında həssas sensor sistemlərinin hazırlanması üçün model kimi istifadə oluna bilər. Araşdırma heyvanların duyğu mexanizmlərinin nə qədər inkişaf etmiş olduğunu bir daha nümayiş etdirir.
Mənbə: Reuters.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
