Son dəqiqə: Yasamal ərazisində yanğın baş verir

Bakıda kafe yanır.
24media.az xəbər verir ki, hazırda paxtaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında, Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin qarşısındakı kafedə yanğın baş verir.
Hadisə yerinə Yasamal rayon FHN-in canlı briqadası cəlb edilib.
Sakinlərin dediklərinə görə, ətrafdakı binaların da giriş-çıxış qapıları bağlanılıb, yanğının söndürülməsi prosesi davam edir.
Faktla bağlı FHN tərəfindən araşdırılma aparılır.