Bu gün:

Venüsdə nəhəng lava tunelləri aşkar edilib


Venüs uzun illər ərzində “ölü planet” hesab olunurdu. Son tədqiqatlar isə bu fikrin tam doğru olmadığını göstərir. Alimlər planetin dərin qatlarında nəhəng yeraltı tunellər aşkar ediblər.

 NASA-nın “Magellan” missiyasından əldə olunan radar məlumatları yenidən təhlil edilmişdir. Nyx Mons vulkanının yamaclarında lava axınları nəticəsində yaranmış “lava tunelləri” müəyyən olunmuşdur. Bu tunellər vulkan püskürməsi zamanı lavanın üst qatının soyuyub bərkiməsi, daxili hissənin isə axıb getməsi nəticəsində formalaşmışdır. Kəşf Venüsün geoloji baxımdan hələ də aktiv ola biləcəyini göstərib. Gələcək kosmik missiyalar bu yeraltı quruluşları daha ətraflı araşdıracaq. Lava tunelləri gələcəkdə göndəriləcək robot aparatları üçün təbii sığınacaq rolunu oynaya bilər.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova

Paylaş
Şərh əlavə et