Yer kürəsinin dərin qatları hələ də elm üçün tam açılmamış bir sirr olaraq qalır. Alimlər Yer nüvəsi ilə mantiya arasında yerləşən qeyri-adi strukturlar üzərində yeni araşdırmalar aparıblar. Bu tədqiqatlar həmin strukturların planetimizin həyat üçün əlverişli qalmasında mühüm rol oynadığını göstərib.

Afrika və Sakit okean altındakı bu nəhəng “isti ləkələr” ətraf mühitdən daha yüksək temperatura malikdir. Onlar Yer nüvəsindən gələn istilik axınını zəiflədərək maye dəmirin hərəkətini tənzimləyir və geodinamonun sabitliyini qoruyur. Nəticədə Yer kürəsinin maqnit sahəsi daha davamlı və balanslı şəkildə fəaliyyət göstərib. Bu strukturlar olmasaydı, Yer Mars və ya Venera kimi maqnit sahəsini itirə bilərdi. Belə bir halda Günəşdən gələn zərərli şüalar atmosferi məhv edərdi. Deməli, Yer üzərində həyatın davam etməsində bu dərin və gizli “ləkələrin” rolu danılmazdır.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
