2019-cu ildə öldürülən jurnalistlərin sayı açıqlandı

2019-cu ildə öldürülən jurnalistlərin sayı açıqlandı

2019-cu ildə 49 jurnalist öldürülüb ki, onlardan az qismi silahlı münaqişələrin olduğu bölgələrdə qeydə alınıb.

Bu barədə “Sərhədsiz Reportyorlar” (Reporters Without Borders) təşkilatının illik hesabatında məlumat verilir.

2019-cu ildə jurnalistlər üçün ən təhlükəli ölkələr - Suriya, Meksika, Əfqanıstan, Pakistan və Somalidir.

Bundan əlavə, 2019-cu ildə 57 mətbuat işçisi oğurlanıb. Jurnalistlərdən biri Ukraynanın cənub-şərqində, digərləri isə Suriya, Yəmən və İraqda naməlum şəraitdə itkin düşüb.

Cari ildə peşə fəaliyyətinə görə həbs olunan jurnalistlərin azadlıqdan məhrumedilmə faktı 2018-ci illə müqayisədə, 12 faiz artıb. Hazırda 389 jurnalist və media işçisi peşə fəaliyyətlərinə görə həbsxana həyatı yaşayır.