Tereza Mey istefa verdi

Tereza Mey istefa verdi

Böyük Britaniyanın Baş Naziri Tereza Mey Mühafizəkarlar Partiyasının lideri vəzifəsini tərk edib. Bu barədə Baş Nazir partiyanın rəhbər komitəsinə məlumat verib.
 

24media.az Ria Novosti-yə istinadən bildirir ki, Mey yeni sələfi seçilənə qədər Baş Nazir postundaki vəzifəsini yerinə yetirməyə davam edəcək.

Partiya rəhbəri vəzifəsinə 10-dan çox namizəd iddiası var. Keçmiş Xarici İşlər naziri Boris Conson, hazırki Xarici İşlər naziri Ceremi Hant, o cümlədən İngiltərənin Ətraf Mühit Məsələləri üzrə naziri Maykl Gov bu vəzifəyə seçilməyə ən real namizdlər sırasında yer alıb.
 

Qeyd edək ki, Tereza Mey mayın sonunda istefa verəcəyini elan edib..