Avstraliyada naməlum şəxs oteldə atəş açıb - ÖLƏNLƏR VAR

Avstraliyada naməlum şəxs oteldə atəş açıb - ÖLƏNLƏR VAR

Avstraliyanın Şimal ərazi regionunun inzibati mərkəzi olan Darvin şəhərində naməlum şəxs “Palms” otelinin müştərilərinə atəş açıb.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, 45 yaşlı kişi otelə daxil olaraq pompalı tüfənglə otel nömrələrinin qapılarını atəşə tutub. İnsident nəticəsində dörd nəfər həlak olub, iki nəfər isə yaralanıb. Bundan sonra oteli tərk edən cinayətkar şəhər kənarında gizlənib və yenidən insanlara hücum edib.

Yaralıların vəziyyətinin stabil olduğu bildirilir. Hadisə ilə bağlı təhqiqat başlayıb. İlkin məlumata görə, polis hücumu terror aktı hesab etmir.