İngiltərə hökuməti Qəzzadan təxminən 40 tələbənin universitet təqaüdlərdən yararlanaraq İngiltərədə təhsil almalarına icazə verib. Doqquz tələbə Chevening proqramı ilə, təxminən 30 tələbə isə digər xüsusi proqramlar vasitəsilə maliyyələşdiriləcək.

24media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bu, 2023-cü ildən başlayan Həməs-İsrail müharibəsindən sonra Qəzzadan çıxıb İngiltərədə təhsil alacaq ilk tələbələr olacaq. Tələbələrin çıxarılması üçün İsrailin icazəsi və əlavə logistika tədbirləri tələb olunur. İngiltərə hökuməti, həmçinin kritik vəziyyətdə olan bir qrup yaralı uşağı da ölkəyə gətirməyi planlaşdırır.
Mənbə: BBC
Tərcümə etdi: İlhamə Nurəhmədova
