Rusiya Təhsil Nazirliyi 2026-2027-ci tədris ili üçün məcburi məktəb fənlərinin siyahısını açıqlayıb. Siyahıya rus dili və ədəbiyyat, xarici dil, riyaziyyat (cəbr, həndəsə, ehtimal və statistika), fizika, biologiya, kimya, coğrafiya, tarix (Rusiya tarixi, ümumi tarix və region tarixi), sosial elmlər, informatika, incəsənət, musiqi, texnologiya, “Vətən təhlükəsizliyi və müdafiəsinin əsasları” və fiziki tərbiyə daxil edilib.

"Tehsil365" xəbər verir ki, bu barədə "Российская газета" məlumat yayıb. Bundan əlavə, 2026-cı ildən “Rusiyanın mənəvi və əxlaqi mədəniyyəti” adlı yeni fənn də tədris olunacaq. Ana dili, ana ədəbiyyatı və ikinci xarici dil isə valideynlərin istəyinə əsasən keçiriləcək. Xarici dil dərslərinin saatı isə azaldılaraq həftədə üçdən ikiyə endiriləcək.
Mənbə: Российская газета
Tərcümə etdi: İlhamə Nurəhmədova
