Bu gün:

İngiltərədə təhsil almaq istəyən gənclər vizaya görə çətinlik yaşayır


İngiltərənin aparıcı universitetlərinə qəbul olunan təxminən 80 gənc Qəzzalı, viza görə tələb olunan biometrik məlumatları təqdim edə bilmədiyi üçün təhsil hüququndan məhrum olub. Qəzzada ofislərin bağlı qalması, sərhədlərin qapalı olması və bombardmanlar səbəbindən tələbələr yaxın ölkələrə – İordaniya və Misirə gedə bilmirlər.

24media xəbər verir ki, bu barədə "Times Higher Education" məlumat yayıb.

Liverpool, Durham və digər universitetlərə qəbul olunan tələbələr, internet çatışmazlığı, təhlükəli şərait və davamlı köçkünlük səbəbindən müraciət prosesində böyük çətinliklərlə üzləşiblər. Onlar illərlə hazırlaşdıqları təhsil imkanlarını itirmək təhlükəsi ilə qarşı-qarşıyadırlar.

Britaniya hökuməti yalnız dövlət tərəfindən maliyyələşdirilən 9 tələbənin yerləşdiriləcəyini açıqlayıb. Digər Qəzzalı gənclərin isə taleyi hələ də qeyri-müəyyəndir.


Mənbə: Times Higher Education

Tərcümə etdi: İlhamə Nurəhmədova

Paylaş
Şərh əlavə et