Bu gün:

Çili və Saksoniya universitetləri əməkdaşlığı gücləndirir


Çilidə Chemnitz Texnologiya Universitetinin təşəbbüsü ilə Saksonya Elmi Əlaqə Ofisi (SSLO) fəaliyyətə başlayıb. Ofisin əsas məqsədi gəncləri Saksoniya universitetlərinə cəlb etmək və iki ölkə arasında elmi əməkdaşlığı gücləndirməkdir.

24media xəbər verir ki, bu barədə "Bildungsklick" məlumat yayıb. Tədbirdə Almaniyanın Çilidəki səfiri, ANID direktoru Alejandra Pizarro Guerrero, Saksoniya elmi və akademik nümayəndələri iştirak ediblər. Hazırda Saksonya və Çili universitetləri arasında təxminən 50 əməkdaşlıq mövcuddur, 80-dən çox çilili tələbə Saksoniyada təhsil alır.

 Saksonya rəsmiləri qeyd ediblər ki, Santiagoda Chile-də açılan yeni mərkəz yalnız Çili ilə deyil, bütövlükdə Cənubi Amerikada təhsil və elmi əlaqələrin inkişafına xidmət edəcək.


Mənbə: Bidungsklick

Tərcümə etdi: İlhamə Nurəhmədova

Paylaş
Şərh əlavə et