Bu gün:

ABŞ-də tələbə dəyişimi və beynəlxalq proqramlarına dəstək azalır


ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Bürosu (ECA) 2025-ci maliyyə ilində 13 beynəlxalq dəyişim proqramının maliyyələşdirilməsini dayandırıb. Bu kəsintilər YES Abroad kimi proqramlar da daxil olmaqla 10.000-dən çox tələbəni təsir edir və ümumi 85–100 milyon dollarlıq maliyyə itkisinə səbəb olur.

24media.az The PİE-nin yaydığı məlumata istinadən xəbər verir ki, mütəxəssislər proqramların ləğvinin işsizlik, təşkilatların bağlanması və tələbələrin planlarının pozulmasına gətirib çıxaracağını bildirirlər. Xüsusilə YES Proqramı 11 sentyabrdan sonra gənclərin ABŞ ilə uzunmüddətli mədəni əlaqələr qurması üçün nəzərdə tutulub.


Sektor rəhbərləri və beynəlxalq dəyişim ittifaqları Dövlət Departamentinə və Konqresin orqanlarına müraciət edərək bu proqramların gələcəyinin qorunması üçün kampaniyalar başladıb.


Mənbə: The PİE

Tərcümə etdi: İlhamə Nurəhmədova





Paylaş
Şərh əlavə et