Yevlax sakini ağacdan yıxılaraq ölüb

Yevlax sakini ağacdan yıxılaraq ölüb

Yevlax sakini tut yığmaq üçün çıxdığı ağacdan yıxılaraq ölüb.

Hadisə Yevlax şəhəri, Qamboy Quliyev küçəsi 3/13 ünvanındakı fərdi təsərrüfatda baş verib.

Belə ki, tut yığmaq üçün hündür ağaca qalxan 1960-cı il təvəllüdlü rayon sakini Həsənov Tofiq Xanış oğlu müvazinətini itirərək yerə yıxılıb. Zərbənin təsiri ilə o, çoxsaylı ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.