Silahla selfie çəkən qız özünü vurdu

Silahla selfie çəkən qız özünü vurdu

Rusiyanın paytaxtı Moskvada gənc bir qız sosial mediada paylaşmaq üçün fərqli şəkillər çəkməyə çalışıb.

24media.az xəbər verir ki, həmin gün dostlarıyla birgə olan qız, daha sonra dostlarının universitetə getdikdən sonra tək qalıb. Dostlarından biri evdə onun dəftərinin qalıb-qalmadığını soruşmaq üçün qıza zəng vurub. Evdəki şkafları axtaran qız, dostuna dəftəri tapa bilmədiyini deyib. Dəftəri axtardığı vaxt şkafda silah görən qız, onunla şəkil çəkmək istəyib. Gənc qız silahla bir neçə şəkil çəkdikdən sonra, son olaraq onu başına tərəf yönəldib. Bu anda silah atəş açılıb və gənc qız yerə yıxılıb.

Dostu isə yenə qıza zəng vurub, lakin onun zənginə cavab verilməyib. Dostunun başına bir şey gəldiyindən şübhələnən şəxs polisi çağıraraq kömək istəyib. Evə çatan polislər qızı yerdə vurulu şəkildə görüb dərhal hadisə yerinə təcili yardım çağırıblar, gənc qız xəstəxanaya çatdırılıb. Həkimlər mərminin qızın beyin dərisini sıyırdığını və onun hələ yaşadığını açıqlayıb.

Faktla bağlı polis araşdırma aparır.