Serbiya prezidenti Rusiya səfiri ilə görüşüb

Serbiya prezidenti Rusiya səfiri ilə görüşüb

Serbiya prezidenti Aleksandr Vuciç Kosovada baş verənlər fonunda Rusiya səfiri Aleksandr Çepurin ilə görüşüb. Görüşün bağlı qapılar arxasında keçirildiyi bildirilir.
 

24media.az Ria Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
 

“Prezident Vuçiç ötən iki günün Kosovadakı serblər, Metohiya və Serbiya üçün çox çətin zaman kəsiyi olduğunu vurğuladı”,– Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir.
 

Öz növbəsində, Rusiya səfiri kobudluqla nəticələnən provokasiyanı qətiyyətlə pisləyib, günahkarlar barəsində cinayət işi açılmasını tələb edib.
 

Rusiya səfirinin sözlərinə görə, BMT-nin baş katibi Rusiyanın tələbləri ilə tanış olub.